https://news.day.az/azerinews/1861500.html Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. Day.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. 

Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab

Azərbaycanca, 21 сентября 2026 14:52 (UTC +04:00) 208
Deputat səhiyyə nazirini tənqid etdi

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. 

Day.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. 

"Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.

Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir", - açıqlamada qeyd olunub.

Xatırladaq ki, S.Aran səhiyyə nazirinin qəbuluna düşməyin müşkül olduğunu bildirib. Onun sözlərinə görə, qəbula gedərkən bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, əsl şikayəti olanlar isə sözünü nazirə deyə bilmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости