https://news.day.az/azerinews/1861693.html Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib

Azərbaycanca, 22 сентября 2026 11:25 (UTC +04:00) 126
Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Day.Az xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.

Tərəflər siyasi və iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanı xüsusi qeyd ediblər. Bildirilib ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Görüşdə regional əhəmiyyət daşıyan və regionun inkişafına, eləcə də əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verən birgə strateji layihələr müzakirə olunub. Bu çərçivədə tam gücü ilə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib.

Görüş zamanı nəqliyyat və enerji sektorlarında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Regionun dayanıqlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyəti vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости