https://news.day.az/azerinews/1862475.html Gürcüstan Rusiya ilə sərhədi bağladı Gürcüstan-Rusiya sərhədindəki "Dəryal" (Kazbegi - Yuxarı Lars) gömrük-buraxılış məntəqəsində təbii fəlakətlərin erkən xəbərdarlığı üzrə avtomatik sistem aktivləşib. Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Gürcüstan Rusiya ilə sərhədi bağladı

Azərbaycanca, 25 сентября 2026 11:11 (UTC +04:00) 167
Gürcüstan Rusiya ilə sərhədi bağladı

Gürcüstan-Rusiya sərhədindəki "Dəryal" (Kazbegi - Yuxarı Lars) gömrük-buraxılış məntəqəsində təbii fəlakətlərin erkən xəbərdarlığı üzrə avtomatik sistem aktivləşib.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Təhlükəsizlik qaydalarına əsasən, sərhəd-keçid məntəqəsindən vətəndaşlar, eləcə də bütün işçi heyəti - patrul və sərhəd polisi işçiləri, gömrük əməkdaşları, özəl müəssisələrin nümayəndələri təxliyə olunublar.

Profilaktik tədbir kimi, sərhədyanı Qveleti kəndi ərazisində bütün növ nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq məhdudlaşdırılıb. Hazırda sensorların hansı səbəbdən aktivləşdiyi bilinmir.

Qeyd edək ki, Devdoraki dərəsindəki həyəcan siqnalı ilə əlaqədar sonuncu dəfə təxliyə prosesi 26 avqust 2026-cı il tarixində olub. Həmin vaxt sel və daşqın ehtimalları öz təsdiqini tapmamış, sərhəd-keçid məntəqəsi isə bir neçə saat sonra adi qaydada fəaliyyətini bərpa etmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости