Bir ev tikmək üçün lazım olan məbləğ bu qədərdir - VİDEO
"Cibinə uyğun ev tik, rahatlıqla yaşa" deyirlər. Bəs bu gün sıfırdan fərdi həyət evi tikmək nə qədər başa gəlir?
Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tikintinin bir kvadratmetri materialın keyfiyyətindən asılı olaraq təxminən 350-450 manat arasında dəyişir.
Normal standartlara uyğun ev üçün isə minimum 430-450 manat nəzərdə tutulmalıdır. 150-160 kvadratmetrlik evin tam hazır vəziyyətdə tikintisi isə təxminən 125-160 min manat tələb edir.
Qiymətə torpaq sahəsinin yerləşdiyi ərazi, materialların keyfiyyəti və usta xərcləri də ciddi təsir göstərir. Bakı və Abşeronla rayonlar arasında işçilik qiymətlərində müəyyən fərq olsa da, materialların qiyməti əsasən eynidir. Sadə tikintidə bir kvadratmetr üçün təxminən 300 manat, təmir işlərində isə 200-600 manat arasında xərc tələb oluna bilər. Ucuz evlərin bir qismi isə daha aşağı keyfiyyətli və ya ikinci əl materiallardan istifadə hesabına bazara çıxarılır.
Son illərdə həm tikinti materiallarının, həm də usta xidmətlərinin qiymətində artım müşahidə olunur. Rayonlarda 50-65 kvadratmetrlik evin tam hazır vəziyyətə gətirilməsi orta hesabla 55-60 min manata başa gələ bilər. Keyfiyyətli və müasir standartlara uyğun evlərdə isə yekun xərc kvadratmetr üzrə 800-1500 manata qədər yüksələ bilir. Buna görə də ev tikintisinə başlamazdan əvvəl həm material keyfiyyəti, həm də bütün tikinti-təmir xərcləri dəqiq hesablanmalıdır.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре