https://news.day.az/azerinews/1872182.html Yerli istehsalın artması balıq qiymətlərinə necə təsir edəcək? - AÇIQLAMA Balıq məhsullarının qiymətinin formalaşmasında əsas amil tələb və təklif arasındakı nisbətdir. Təklifin artması üçün yerli istehsal həcminin genişləndirilməsi lazımdır.

Yerli istehsalın artması balıq qiymətlərinə necə təsir edəcək? - AÇIQLAMA

Azərbaycanca, 5 ноября 2026 11:34 (UTC +04:00) 238
Yerli istehsalın artması balıq qiymətlərinə necə təsir edəcək?

Balıq məhsullarının qiymətinin formalaşmasında əsas amil tələb və təklif arasındakı nisbətdir. Təklifin artması üçün yerli istehsal həcminin genişləndirilməsi lazımdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Yerli istehsalın artmasının balıq qiymətlərinə təsiri barədə sualı cavablandıran nazir bildirib ki, tələb və təklif arasındakı nisbət idxal olunan məhsulların qiymətinə də təsir göstərir.

M.Məmmədov vurğulayıb ki, əsas məqsədlərdən biri sektorda inhisarçılığa yol verilməməsi və rəqabətin formalaşdırılmasıdır. Bu məqsədlə yeni qanun çərçivəsində akvakultura təsərrüfatlarının qeydiyyatı asanlaşdırılacaq.

"Ölkədə 700-ə yaxın akvakultura təsərrüfatı var və onların yarıdan çoxu qeydiyyatda deyil. Qeydiyyatın asanlaşdırılması həmin təsərrüfatların qeydiyyata alınmasına, məhsul subsidiyası əldə etməsinə və rəqabətin formalaşmasına şərait yaradacaq", - deyə nazir qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости