https://news.day.az/azerinews/1872491.html ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7-10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Day.Az-a ADY-dən məlumat verilib.

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycanca, 6 ноября 2026 13:04 (UTC +04:00) 231
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7-10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Day.Az-a ADY-dən məlumat verilib.

Bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təşkili və artan tələbatın qarşılanması məqsədilə bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.

7, 8, 9 və 10 noyabr tarixlərində Bakı və Qəbələdən reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

7-10 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə də hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Həmin tarixlərdə qatar Bakı Dəmiryol Vağzalından saat 09:20, Ağstafa stansiyasından isə 17:15-də yola düşəcək.

Bakı-Qazax-Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, 8 noyabrda Gəncə-Mingəçevir-Gəncə marşrutu ilə reyslər təyin edilib. Qatar Gəncədən saat 07:15, Mingəçevirdən isə 08:40-da yola düşəcək.

7-10 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli ilə təşkil ediləcək.

Hərəkət qrafiki və biletlə bağlı məlumatları www.ady.az saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости