https://news.day.az/azerinews/1872774.html Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar? Dünyada davam edən hərbi münaqişələr kənd təsərrüfatı üçün vacib hesab olunan gübrələrin qiymətinə də təsir göstərir. Qlobal bazarda yaranan bahalaşma və təchizat zəncirindəki çətinliklər Azərbaycana idxal edilən gübrələrin qiymətinin də yüksəlməsinə səbəb olub. Son dövrlərdə bəzi gübrələrin qiymətində 25-35 faizlik artım qeydə alınıb.

Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?

Azərbaycanca, 7 ноября 2026 13:09 (UTC +04:00) 142
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?

Dünyada davam edən hərbi münaqişələr kənd təsərrüfatı üçün vacib hesab olunan gübrələrin qiymətinə də təsir göstərir. Qlobal bazarda yaranan bahalaşma və təchizat zəncirindəki çətinliklər Azərbaycana idxal edilən gübrələrin qiymətinin də yüksəlməsinə səbəb olub. Son dövrlərdə bəzi gübrələrin qiymətində 25-35 faizlik artım qeydə alınıb.

Day.Az xəbər verir ki, bahalaşma xüsusilə fermerlərin xərclərini artırır. Gübrələrin əvvəlki qiymətlərlə müqayisədə daha baha olması təsərrüfat sahiblərini onlardan istifadəyə yenidən baxmağa vadar edir. Lakin gübrə normasının azaldılması gələcək məhsulun həm həcminə, həm də keyfiyyətinə mənfi təsir göstərə bilər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli də qiymət artımının fermerlər üçün əlavə çətinlik yaratdığını bildirib. Onun sözlərinə görə, gübrələrin bahalaşması nəticəsində təsərrüfat sahibləri əvvəlki qədər məhsuldan istifadə edə bilmirlər ki, bu da məhsuldarlığın aşağı düşməsi riskini artırır.

Mütəxəssis qeyd edib ki, Rusiyadan idxal olunan azot gübrəsinin bir tonunun qiyməti əvvəllər 31 manat olduğu halda, hazırda 43 manata çatıb. Azərbaycanda istehsal edilən karbamidin qiymətində də artım müşahidə olunur.

Vahid Məhərrəmli hesab edir ki, xərclərin artmasına baxmayaraq, fermerlər gübrədən istifadəyə ara verməməlidirlər. Onun fikrincə, yüksək məhsuldarlığa nail olmaq və gəlirləri artırmaq üçün aqrotexniki tədbirlər, o cümlədən gübrələmə düzgün şəkildə davam etdirilməlidir.

Qiymət artımının təsirinin təkcə bir sahə ilə məhdudlaşmayacağı bildirilir. Belə ki, gübrələrin bahalaşması taxılçılıqdan tərəvəzçiliyə, meyvəçilikdən digər kənd təsərrüfatı istiqamətlərinə qədər geniş sahədə istehsal xərclərini artıra bilər. Nəticədə bu vəziyyət fermerlərin gəlirlərinə və bazarda məhsul təklifinə də təsir göstərə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости