Nəzarətsiz qəbul edilən qida əlavələri qaraciyərə ciddi zərər vura bilər
Bioloji fəallığa malik qida əlavələrinin həkim məsləhəti olmadan və nəzarətsiz qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır.
Day.Az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşuxun sözlərinə görə, xüsusilə tərkibi və mənşəyi şübhəli olan əlavələr qaraciyər hüceyrələrinin zədələnməsinə səbəb ola bilər.
Mütəxəssis bildirib ki, insanların təbii hesab etdiyi bu vasitələr heç də həmişə təhlükəsiz deyil. Bəzi əlavələrin tərkibindəki bitki ekstraktları yüksək dozada qaraciyər hüceyrələrinə toksik təsir göstərir. Həkimlə məsləhətləşmədən dozanın özbaşına müəyyən edilməsi isə riski daha da artırır.
Uzun müddət nəzarətsiz qəbul edilən qida əlavələri qaraciyərdə toksik yükü artıraraq hüceyrə zədələnməsinə gətirib çıxara bilər. Ən təhlükəli məqam isə qaraciyər problemlərinin ilkin mərhələdə əlamətsiz keçməsi və simptomların çox vaxt zədələnmə dərinləşdikdən sonra üzə çıxmasıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре