https://news.day.az/azerinews/1874002.html Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO - VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi.

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO - VİDEO

Azərbaycanca, 12 ноября 2026 21:59 (UTC +04:00) 397
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi.

Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulandı.

  • Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
  • Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
  • Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
  • Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости