Azərbaycanla daimi sülh üçün çox real şansımız var - Paşinyandan açıqlama
Azərbaycanla daimi sülh üçün çox real şansımız var.
Day.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə keçirdiyi görüşün yekunlarına dair çıxışında bildirib.
"Azərbaycan Prezidenti ilə görüşüm oldu və bilirsiniz, bu görüşdən gəldiyim qənaət belədir: hazırda bizim möhkəm, yekun, daimi və etibarlı sülhü bərqərar etmək üçün çox real və tarixi şansımız var. Bu fürsətdən istifadə etməmək isə bağışlanmaz olardı",- deyə Paşinyan bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре