https://news.day.az/azerinews/1874625.html Azərbaycanda daha bir vəkil həbs edildi Azərbaycanda daha bir vəkil həbs edilib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycanda daha bir vəkil həbs edildi

Azərbaycanca, 16 ноября 2026 11:36 (UTC +04:00) 317
Azərbaycanda daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.

9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости