Böyük Britaniya Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək - Səfir
Böyük Britaniya işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya 2020-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək göstərən ilk ölkə olması ilə fəxr edir.
"Keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıda bilməsi üçün minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik", - deyə səfir qeyd edib.
Diplomat, həmçinin britaniyalı mütəxəssislərin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakına diqqət çəkib. O, "Chapman Taylor" memarlıq və layihələndirmə şirkətinin Şuşa, Xankəndi, Ağdam və Füzulidə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Norman sentyabr ayında Qarabağa səfəri zamanı bərpa işlərinin sürətindən təsirləndiyini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре