https://news.day.az/azerinews/1875807.html Tramp Putini sülh danışıqlarını sürətləndirməyə çağırıb ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu Ukrayna ilə bağlı sülh danışıqlarını sürətləndirməyə çağırıb. Day.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. Amerikalı rəsmilərin sözlərinə görə, Tramp və Putinin şəxsi görüşü əvvəlcədən planlaşdırılmayıb.

Tramp Putini sülh danışıqlarını sürətləndirməyə çağırıb

Azərbaycanca, 20 ноября 2026 14:21 (UTC +04:00) 270
Tramp Putini sülh danışıqlarını sürətləndirməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu Ukrayna ilə bağlı sülh danışıqlarını sürətləndirməyə çağırıb.

Day.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Amerikalı rəsmilərin sözlərinə görə, Tramp və Putinin şəxsi görüşü əvvəlcədən planlaşdırılmayıb. Lakin ABŞ lideri Ukrayna münaqişəsinin nizamlanması istiqamətində diplomatik səyləri Rusiya Prezidenti ilə birbaşa müzakirə etmək istəyib.

"Günün sonunda Uitkoff və Kuşner Berlində Avropa liderlərinə bildiriblər ki, Tramp Putinə sülh danışıqlarını sürətləndirmək üçün təzyiq göstərib və Rusiya liderinə razılaşma əldə etmək üçün indiki məqamın ən münasib vaxt olduğunu deyib",- deyə nəşr avropalı rəsmiyə istinadən yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin 19 noyabr 2026-cı ildə Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşüblər. Görüşdə əsas müzakirə mövzusu Ukraynadakı müharibənin nizamlanması olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости