Yüksək təzyiqin gizli səbəbi: Alimlər yeni üsul hazırladı
Alimlər yüksək arterial təzyiqin səbəblərindən biri olan ilkin aldosteronizmin aşkarlanmasını asanlaşdıran yeni üsul hazırlayıblar.
Day.Az xəbər verir ki, araşdırmaya görə, bu hormonal pozuntu yüksək təzyiqdən əziyyət çəkən hər beş nəfərdən birində rast gəlinə bilər və ürək-damar xəstəlikləri, insult və diabet riskini artıra bilər.
Tədqiqat zamanı 60 pasiyentin hormon səviyyəsi 24 saat ərzində hər 20 dəqiqədən bir xüsusi daşına bilən cihaz vasitəsilə ölçülüb. Məlum olub ki, aldosteron hormonunun səviyyəsindəki kəskin artımlar gecə yuxu zamanı da baş verə bilər. Bu dəyişikliklər adi qan analizləri zamanı nəzərdən qaça bilər.
Mütəxəssislər bildirirlər ki, fasiləsiz monitorinq xəstəliyin daha erkən aşkarlanmasına və müalicənin yaxşılaşdırılmasına kömək edə bilər. Bununla yanaşı, yüksək təzyiq riskini azaltmaq üçün düzgün qidalanmaq, spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq, fiziki aktivliyi artırmaq və müntəzəm tibbi müayinələrdən keçmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре