https://news.day.az/azerinews/1876594.html "Barselona"nın futbolçuları Bakıda otelə yerləşiblər - VİDEO Daha əvvəl xəbər verdiyimiz kimi, İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində "Sabah"la keçirəcəyi oyun üçün Bakıya gəlib. Day.Az xəbər verir ki, Kataloniya klubunun futbolçuları artıq Bakıda qaldıqları müddətdə məskunlaşacaqları "Ritz-Carlton" hotelinə gəliblər.

"Barselona"nın futbolçuları Bakıda otelə yerləşiblər - VİDEO

Azərbaycanca, 24 ноября 2026 00:01 (UTC +04:00) 345
"Barselona"nın futbolçuları Bakıda otelə yerləşiblər

Daha əvvəl xəbər verdiyimiz kimi, İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində "Sabah"la keçirəcəyi oyun üçün Bakıya gəlib.

Day.Az xəbər verir ki, Kataloniya klubunun futbolçuları artıq Bakıda qaldıqları müddətdə məskunlaşacaqları "Ritz-Carlton" hotelinə gəliblər.

Uzunmüddətli uçuşdan sonra məşqçilər korpusu futbolçulara istirahət vermək qərarına gəlib. Komanda bu gün məşq keçirməyəcək.

Baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında ilk məşq noyabrın 24-də saat 17:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Görüş saat 21:45-də (Bakı vaxtı ilə) başlayacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости