"Eurovision-2017" mahnı müsabiqəsinin tarixi bəlli olub

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə müsabiqənin təşkilatçısı olan "UA:Birinci" Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir.
 
Qeyd edək ki, "Eurovision-2016" müsabiqəsinin qalibi "1944" mahnısı ilə  ukraynalı müğənni Camala olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.