Almatıda bütün metro stansiyaları təxliyə edilir - BOMBA TƏHLÜKƏSİ

Day.Az представляет новость на азербайджанском языке

Qazaxıstanın Almatı şəhərində metropolitendə bütün sərnişinlər təxliyə olunur.

Day.Az Trend-ə istinadən bildirir ki, buna səbəb stansiyaların birində bomba qoyulması barədə məlumatın daxil olmasıdır.

Bununla əlaqədar olaraq şəhərin bütün metro stansiyalarında axtarışlar aparılır.

 

Hadisə barədə ətraflı məlumat verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.