https://news.day.az/azerinews/895986.html Rafael Ağayev finalda - YENİLƏNİB

Rafael Ağayev finalda - YENİLƏNİB

Azərbaycanca, 13 мая 2017 13:04 (UTC +04:00) 1 732
Rafael Ağayev finalda

Day.Az представляет новость на азербайджанском языке

---------
13:04

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda növbəti döyüşünü keçirib.

Day.Az Trend-ə istinadən bildirir ki, yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.

----------
12:40

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda növbəti döyüşünü keçirib.

Day.Az Trend-ə istinadən bildirir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2

---------
12:17

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.

Day.Az Trend-ə istinadən bildirir ki, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib - 3:0.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız rəqibi 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости