https://news.day.az/azerinews/897425.html "Yuventus" Rafael Ağayevə dəvət yolladı

"Yuventus" Rafael Ağayevə dəvət yolladı

Azərbaycanca, 17 мая 2017 11:32 (UTC +04:00) 3 767
"Yuventus" Rafael Ağayevə dəvət yolladı

Day.Az представляет новость на азербайджанском языке

Məşhur azərbaycanlı karateçi, dəfələrlə düyna və Avropa çempionu olmuş Rafael Ağayev İtaliyanın "Yuventus" klubundan dəvət alıb.

Milli.Az bildirir ki, 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi R.Ağayev "qoca sinyora"nın pərəstişkarıdır.

R.Ağayev "Oğlumun futbolçu olmasını, "Yuventus"da oynamasını istəyirəm" demişdi.

Turin klubu dünya karatesinin "brilyantı" adlandırılan R.Ağayevin "Yuventus"un fanatı olduğundan xəbər tutandan sonra ona dəvət yollayıb.

R.Ağayev Turinə yolanaraq klubun muzeyinə və stadionuna baş çəkə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости