Tuba Büyüküstün haqqında bütün deyilənlər DOĞRU ÇIXDI, SƏN DEMƏ...

Day.Az представляет новость на азербайджанском языке

Tuba Büyüküstün və Onur Saylak bütün səylərinə baxmayaraq evliliklərini xilas edə bilməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük iyunun 5-də rəsmi qaydada boşanıb.

Cütlük haqqında tez-tez ayrıldıqları irəli sürlüsə də, onlar bunu hər dəfə təkzib edirdi. Hətta bu xəbərləri yayanları məhkəməyə verəcəkləri ilə hədələmişdilər. Lakin 6 il əvvəl evlənən kino və serial ulduzları aralarındakı soyuqluğu aradan qaldıra bilməyib. Fevral ayından bəri ayrı-ayrı evlərdə yaşayan artistlər iyunun 5-də hakim qarşısına çıxıb. Onlar razılaşdırılmış olaraq tək iclasda boşanıb.

Qeyd edək ki, 5 il əvvəl aktyorla aktrisanın nikahından əkiz qızları dünyaya gəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.