Bakıda insanların həyatları təhlükəyə atılır - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Taksilər üçün dayanacağda bu işlə məşğul olmayan şəxslər avtomobillərini park ediblər.
Day.Az bildirir ki, görüntülər paytaxtın Yasamal rayonu Şərifzadə küçəsindəndir. Bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyinin əməkdaşları xüsusən də pik saatlarında sıxlığı aradan qaldırmaq məqsədi ilə metronun ''İnşaatçılar'' stansiyası yaxınlığında taksilər üçün dayanacaq hazırlayıb. Təxminən 15-ə qədər taksinin saxlamasına şərait yaradılsa da görünən odur ki, burda cəmi 4-5 taksi dayana bilir. Səbəb bu işlə məşğul olmayan şəxslərin avtomobillərini park edib getməsidir.
Avtomobillərini qanunsuz yerdə park edən həmin sürücülərə yaxınlaşdıq. Çoxu həmin ərazinin taksilər üçün olduğundan xəbərsiz olduğunu dedilər. Halbuki, yerdə hər iki tərəfdən böyük sarı həriflərlə ''taksi'' sözü də yazılıb.
Özünü ərazidə avtomobillərə nəzarət edən kimi qələmə verən bu şəxs isə digər sürücülərə qanunsuz olaraq avtomobillərini taksi dayanacağında saxlamağa göstəriş verir. Ona yaxılaşdığımızı görəndə isə qaçıb aradan çıxdı. Taksilərin yerində avtomobilini park edən sürücü isə qayda pozmadığını iddia edir.
Çəkiliş aprdığımızı görən yol polisi isə həmin əraziyə gələrək avtomobilini park etmək istəyən sürücülərə məsələni izzah etdikdən sonra ordan kənarlaşdırdı.
Bənzər vəziyyət Şərifzadə küçəsində 3 saylı ''ASAN'' xidmətin qarşısında da yaşanır. Burda da Bakı Nəqliyyat Agentliyi həm sıxlığın qarşısını almaq, həm də piyadaların təhlükəsizliyi üçün parklanma yerini ləğv edərək 30 metr uzunluğunda avtobus dayanacağ məntqəsi təşkil edib. Amma görünən odur ki, həmin yerin adı avtobusundur. ''ASAN'' xidmətə gələn şəxslər minik maşınlarını orda park etdiyindən sərnişinlər məcbur qalıb, həyatlarını təhlükəyə ataraq yolun hərəkət hissəsinə çıxıb avtobus gözləyirlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре