"Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər"

8 декабря 2017 13:27

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barəsində "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı Azərbaycan, rus, ingilis və fransız dillərində işıq üzü görən kitabının təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olub.

Deputat bildirib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: "Kitabda Leyla Yunusun iç üzü tam aydın göstərilib, onun Azərbaycana qarşı xəyanəti, satqınlığı qabarıqlığı ilə əks olunub".

Təqdimatda çıxış edən Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, L.Yunus ermənidən daha betərdir.

 

O deyib ki, L.Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzərlər var: "Xarici dairələr həmişə Azərbaycanda Leyla Yunuslar yetişdirməyə çalışıb. Biz yeni Leyla Yunusların yetişməməsi üçün həssas olmalıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir".

Tədbirdə çıxış edən digər iştirakçılar da L.Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınlığından danışıblar. Qeyd olunub ki, L.Yunus həmişə xarici dairələrin, erməni lobbisinin əlində alət olub, o, Azərbaycana qarşı istifadə olunub. Bildirilib ki, L.Yunus çirkin əməlləri ilə ölkəmizə zərbə vurmağa çalışıb, o, hər zaman öz maraqlarını hər şeydən üstün tutub, hüquq müdaçiəçisi adı altında varlanmağa çalışıb və bu şəxs üçün Vətən, hüquq anlayışları pul qazanmaq üçün bir vasitə olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!