https://news.day.az/azerinews/978815.html Rafael Ağayev çempion oldu - FOTO Day.Az представляет новость на азербайджанском языке Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa seriya yarışı başa çatıb. Day.Az oxu.az-a istinadən xəbər verir ki, beşqat dünya və onqat Avropa çempionumuz olan Rafael Ağayev bu gün başa çatan yarışda çempion olub.

Rafael Ağayev çempion oldu - FOTO

Azərbaycanca, 19 февраля 2018 00:24 (UTC +04:00) 1 319
Rafael Ağayev çempion oldu

Day.Az представляет новость на азербайджанском языке

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa seriya yarışı başa çatıb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, beşqat dünya və onqat Avropa çempionumuz olan Rafael Ağayev bu gün başa çatan yarışda çempion olub.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda macarıstanlı Qabor Harşpatakini 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Rafael Ağayev ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş ilin ilk Premyer Liqa yarışında da finala kimi irəliləmiş, lakin həlledici görüşün son saniyəsində aldığı zərbə ilə yaponiyalı Ken Nishimuraya 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Rafael Ağayev çempion oldu
  • Rafael Ağayev çempion oldu
  • Rafael Ağayev çempion oldu
  • Rafael Ağayev çempion oldu
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости