Safurə övladları ilə istirahətdə

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə istirahətə yollanıb. 

Day.Az axşam.az-a istinadən xəbər verir ki, o, Antalyada dincəlir. Safurə istirahət fotolarını instaqram izləyiciləri ilə bölüşüb. 

Şəkillərdə ifaçının oğulları İsgəndər və Natiq yer alıblar. 

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var.