https://news.day.az/showbiz/553702.html
“Çəkirəm haa”-nın aparıcısı: "Qol çəkim "tok" vurdu məni" - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Onun siması vaxtilə ATV telekanalında yayımlanan "Çəkirəm ha" verilişindən çoxlarına tanışdır. Duzlu-məzəli verilişə bir az da xoş ovqat bəxş edən gülərüz çöhrəsi illər keçsə də, tamaşaçıların yaddaşından silinməyib. Yəqin ki, çoxunuz söhbətin vaxtilə çox məşhur olan "Çəkirəm haa" verilişinin aparıcısı Xəyalə Quliyevadan getdiyini bildiniz.
Atvxeber.az-a müsahibə verən aparıcı xanımla söhbətləşdik.
- İllər keçir, Xəyalə heç dəyişmir. Eyni çəki, görkəm, makiyaj...Bu gözəlliyin sirri nədir?
- İnanırsınız, heç bir şey etmirəm. Sortumuz budur (gülür-red). Heç bir əməliyyat da olunmamışam.
- Necə baxırsınız plastik əməliyyat etdirənlərə?
- Normal. Əgər ehtiyac varsa, eləmək olar. Mən də hiss etsəydim ki, burnum yekədir o zaman nəsə dəyişiklik edərdim. Mən eləməmişəm, amma məndə hər şey təbiidir.
- Qəbul etmədiyiniz həmkarlarınız var?
- Var. Məsələn, nitqində qüsur olan aparıcını qəti qəbul etmirəm. Diksiyasında problem varsa, deməli, o, mənim üçün aparıcı deyil. Bir də yaddaşı olmayan, hər dəqiqə kağıza baxıb bülbül kimi ötən aparıcını qəbul etmirəm. Üzündən oxumaqla aparıcılıq olmaz axı... Aparıcının intellekti, bazası, dünya görüşü olmalıdır. Redaktor yazıb aparıcının əlinə verəcəksə və aparıcı da eynisilə çıxıb efirdə həmin şeyi üzündən oxuyacaqsa, bu, aparıcılıq yox, diktorluqdur. Vacib deyil aparıcı gözəl olsun, baxımlı və səliqəli olsa, kifayətdir. Amma gözəl olsa, bu, onun üçün üstün cəhətlərdən biridir. Ən əsas diksiyadır.
- Rejissor Xəyalə necə oldu aparıcı oldu?
- Rejissor hər şeyi bacarmalıdır. Əgər sən yaxşı rejissorsansa, deməli, sən eyni zamanda aparıcılığı və aktrisalığı da bacarmalısan. Rejissor olsan, aktrisa olmağı "avtomatik" bacarırsan, əgər təbii ki, bunun üçün kifayət qədər intellektin, bacarığın varsa... Heç vaxt cəhd eləməmişəm ki, rejissor olum.
- Aktrisalıq, ya aparıcılıq?
- Aparıcılıq. Aparıcılıq mənimdir. Aktrisalıq Allah vergisidir. Deyirlər ki, təbii oynayıram.
- İlk verilişiniz "Çəkirəm ha" oldu. Razısınız ki, Xəyalə onunla möhürünü vurdu?
- Hə razıyam, çox uğurlu oldu. Neçə ildir o veriliş bağlanıb, amma ki, yenə də məni görəndə o verilişimdən danışırlar.
- Heç olubmu ki, özünüz də gizli çəkiliş qurbanına çevrilmisiniz?
- Hə olub. Verilişimin ad günlərində, özəl günlərdə olub. Ancaq bir dəfə də, həqiqətən, başıma iş gəldi. Deməli, küçədə yad adam yaxınlaşdı ki, mənə avtoqraf verərsinizmi, Xəyalə xanım. Qələm uzatdı mənə. Sən demə, qələm "tok" vururmuş. Qələmi götürdüm, "knopka"sını basdım ki, qol çəkim "tok" vurdu məni... (gülür-red)
- Bir aralar söhbətlər yayıldı ki, Xəyalə boşandı. Nə məsələ idi?
- Yox. O zamanlar ATV-də müğənni Xəyalə Manaflı da çalışırdı. O nişanlandı, sonra da nişanlısından ayrıldı. Yazırdılar aparıcı Xəyalə boşandı, elə bilirdilər ki, mənəm. Çünki tamaşaçı onu müğənni kimi tanıyırdı. Bu yaxında evliliyimizin 10 illiyini qeyd etmişik.
- Neçə yaşında ailə qurmusunuz?
- 24 yaşında ailə qurdum. Bu yaxında 35 yaşım olacaq, ancaq heç kim o yaşı vermir.
- Belə bir fikir səsləndirmisiniz ki, mən əminəm ki, həyat yoldaşım mənə xəyanət etməz?
- Demək mən özümə əminəm. Həm niyə də mənə xəyanət olunmalıdır ki?!
- Nə etsə, yoldaşını bağışlamazsan?
- Hər şeyi bağışlayaram, xəyanətdən başqa.
- Ən çox evdə nə üstə dava olur?
- Hər şeydən narazı ola bilərəm, razı da ola bilərəm. Tutmam tutdusa, heç nəyi bəyənmirəm, tutmasa, hər şeyi bəyənirəm. Ən çox uşaqlar üstə olur. Hərdən büdcə üstə... Baxır da...
- Ən çox evə kim pul gətirir?
- Bizdə büdcə ümumidir. Bir ay mən çox pul gətirirəm, bir ay o. O dövlət işində işləyir, məvacibi stabildir.
Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре