Hüquq müdafiəçisi Elçin Behbudov vəfat edib - Yenilənib

Day.Az представляет новость на азербайджанском языке
11:15
Gecə vəfat edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisiElçin Behbudov bu gün Bakıda dəfn olunacaq.
Mərhumun ailə üzvlərindən aznews.az-a verilən məlumata görə, Elçin Behbudov qəflətən dünyasını dəyişib: "Mərhum heç bir xəsətəlikdən əziyyət çəkmirdi. Hansısa xəstəxanaya da yerləşdirilməmişdi. Səhhəti də çox yaxşı idi. Dünyasını dəyişməsi də qəflətən oldu. Dünən gecə saat 01.00-də gözləmədiyimiz halda vəfat etdi. Mərhum Bakıda, Yasamal rayon qəbiristanlığında torpağa tapşırılacaq".
-----------
10:42
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib. Bu barədə APA-ya komitədən bildirilib.
Məlumata görə, hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре