Avropa Komissiyası TAP layihəsini dəstəklədi

Day.Az представляет новость на азербайджанском языке:
Avropa Komissiyası Adriatik dənizdən keçən qaz kəmərinin tikintisi haqqında Yunanıstan hakimiyyəti ilə Trans Adriatic Pipeline AG şirkəti arasında razılaşmanın qanuniliyini tanıyıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Rəqabət üzrə Avropa Komissarı Margrethe Vestager qaz kəmərinin Aİ ölkələrini yanacaqla təmin edəcəyi və cənub-şərq Avropa ölkələrinə enerji tədarükü təhlükəsizliyini daha da artıracağını bildirib.
Ehtimal olunur ki, yeni qaz kəməri ilə qaz tədarükü 2020-ci ildən başlayacaq, və onun vasitəsilə Azərbaycandakı Şah Dəniz II yatağından Avropaya ildə 10 milyard kub metr qaz ötürülə bilər.
Bununla Avropanın cənub hissəsinin hazırkı yanacaq tədarükçülərindən asılılığının azalacağı ehtimal olunur.
Adriatik dənizinin dibi ilə Yunanıstanın sərhədindən İtaliyaya uzanan qaz kəməri, Avropa İttifaqı bazarının yeni qaz mənbələrinə qovuşmaq məqsədi daşıyan "Cənub qaz dəhlizi" layihəsinin bir hissəsidir.
Planlaşdırıldığına görə, qaz kəmərinin operatoru olan Trans Adriatic Pipeline AG şirkəti kəmərin tikintisi üçün 5 il ərzində 5,6 milyard avro investisiya qoyacaq.
Aİ rəhbərliyi ümid edir ki, layihə Aİ üçün enerji mənbələrinin diversifikasiyasını təmin etməkdən başqa, həm də Avropa qaz bazarında rəqabətin artmasına xidmət edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре