Nazpəri keçmiş prodüseri ilə "atışdı":

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Nazpəri Dostəliyeva bu gün yeni fotosessiyasını təqdim edib. 

Publika.az xəbər verir ki, maraqla qarşılanan fotosessiyanın pərdəarxası məqamlarını xalq artistinin keçmiş prodüseri Mikayıl Hüseynov açıqlayıb:
 
"Çox gözəl fotosessiya olub. Amma bu ideyanın müəllifi mən olmuşam. 3 il əvvəl çəkilib. Stilist Anara müraciət etmişdim. Fotoqrafın qonorarı ödənilmədiyindən şəkillər bizə verilmirdi. Dilim tük gətirmişdi deməkdən ki, gəlin bu  fotosessiyanı təqdim edək. İndi, yəqin, yanında işləyənin fikrinə qulaq asıb və şəkillər işıq üzü görüb. Ağzıgöyçəklər sonra deməsinlər ki, neyləmişəm?"

xxx

Xalq artisti Nazpəri Dostəliyevanın keçmiş köməkçisi müğənninin bugünkü fotosessiyasının müəllifi olduğunu iddia edib. 

Axşam.az-ın məlumatına görə, xalq artisti keçmiş işçisinin iddiasına belə cavab verib:
 
"Mənim yeni fotosessiyam bəzi üzdəniraqları yaman sarsıdıb. Gör hələ qarşıdakı layihələrimi eşidib nə hala düşəcəklıər. Görünür, bu uşaqlar hələ də mənim adımla reklam olunmaq istəyirlər. Mən bu gün çox təcrübəli komandayla işləyirəm. Mənim işçilərimin reklama ehtiyacı yoxdur. Yaxşı işçinin reklamı gördüyü işi olmalıdır. Biz belə yalanlara, böhtanlara hazırıq. Arxadan atılan daş topuğa dəyər. "Karvan keçər" məsəli də hamıya bəllidir. Nazpəri xanıma çoxlarının borcu var, amma onun yox. 

Mənim heç vaxt prodüserim olmayıb. Dünənki uşaq deyiləm ki, prodüserim olsun. Hər işimə özüm qərar verirəm. Çox gülməli xəbərlər eşidirəm. Böyük insanların ayağına hər zaman çör-çöp dolaşır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.