Bakı-Supsa kəmərindən neft oğurlamaq üçün plan qurdular

Day.Az представляет новость на азербайджанском языке
Gürcüstan polis əməkdaşları bu ölkənin şərqində, Msxeta-Mtianeti regionunda Tsilkani və Muxrani kəndlərində, Bakı-Supsa neft kəmərinin 82-ci km-də neft oğurlamaq üçün nəzərdə tutulmuş oyuq aşkarlayıblar.
Day.Az report-a istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyi oyuğun Bakı-Supsa əsas magistral kəmərinə əlavə boru ilə neft götürmək quraşdırıldığı qənaətindədir.
Həmin ərazidə generator, qaynaq aparatı, boru və digər avadanlıqlar da aşkarlanıb. Bu avadanlıqlar polis tərəfindən maddi sübut kimi götürülüb. Hadisə ilə bağlı saxlanılanlar yoxdur.
Qeyd edək ki, Bakı-Supsa kəməri ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Bu boru kəməri 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln tondur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре