Miqrantlar gəlməsin deyə pul verəcəklər

Day.Az представляет новость на азербайджанском языке

Rahatlıqlarının pozulmasından qorxub paylarına düşən miqrantları qəbul etməmək üçün 200 min funt sterlinq (443 min manat) pul ödəməyi qəbul edən İsveçrənin Obervil-Lili kəndində fikir ayrılığı yaşanır.

Day.Az anspress-ə istinadən xəbər verir ki, əhalisinin əksəriyyəti milyarderlərdən təşkil olunan Obervil-Lili kəndi ötən həftə keçirilən səs vermənin nəticəsində miqrantları qəbul etməmək üçün pul ödəməyə razı olub.

Keçirilən referendumun nəticəsi haqqında danışan kəndin bələdiyyəsi Andress Qlarner "hər dövlətin miqrantları qeyri şərtsiz qəbul etməsi, bu miqrantların gəmilərə minib Aralıq dənizində boğulmasına səbəb olur. Bu fəlakətin qarşısını almaq üçün onların öz ölkələrində tədbirlər görülməlidir",- deyə bildirib.
Lakin kənddə miqrantlarla əlaqəli qeyri-hökumət təşkilatının üzvü Martin Uebelhart bu fikirlərlə razılaşmayıb. O bu qanunun qəbul olunmasından xəyal qırğınlığı yaşadığını bildirib.

"Kənd iki yerə ayrılıb. Bu il qəbul olunan qərar gələn il dəyişə bilər. Bu insanlar ölkələrini tərk edir. Bu bir reallıqdır. İnsani ənənələrin bir hissəsi olaraq bu insanlara kömək etməliyik. Bu qərar İsveçrənin mahiyyətini təşkil edən cəmiyyət həmrəyliyi prinsipinə zidddir",- deyə Uebelhart söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.