Azərbaycanda elektron satışlar artıb
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda elektron pərakəndə ticarət şəbəkələrində istehlak məhsullarının satışı artıb.
lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 5,6 milyon manatlıq məhsul satılıb. Bu, 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz çoxdur.
Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-may aylarının səviyyəsini real ifadədə 0,5 faiz üstələyərək 5,4 milyon manata bərabər olub.
Yanvar-may aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 0,8 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре