Evinizi qarışqalardan xilas edin - ASAN ÜSUL
Day.Az представляет новость на азербайджанском языке
Çox zaman qarışqa evlərimizin çağırılmayan qonağı olur. Bu arzuolunmaz həşəratlardan xilas olmaq asan başa gəlmir. Müxtəlif dərmanlar, toz vasitələrini sınaqdan keçiririk. Bəzən heşç onlar da işə yaramır. Lakin evdə hazırlayacağınız bu sprey sizi qarışqalardan tam xilas edər.
Day.Az lent.az-a istinadən qoxusuyla qarışqaları uzaqlaşdıran spreyin hazırlanma qaydası ilə sizi tanış edir.
Vəsaitlər:
- 1/4 stəkan alma sirkəsi
- 1/4 stəkan su
- Qərənfil yağı
- Portağal
Hazırlanması:
- Alma sirkəsini və suyu bir sprey şüşəsinə boşaldın. İçinə bir neçə damcı qərənfil yağı əlavə edin. Portağalın qabıqlarını soyub qabıqları da şüşəyə tökün.
- Şüşəni çalxalayın. Daha sonra spreyi qarışqaların çıxdığı hər küncə sıxın. Hər gün, qarışqalar uzaqlaşana qədər bunu təkrarlayın.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре