Azarkeşi olduğu əfsanəvi üzgüçüyə qalib gəldi - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Rio Olimpiya Oyunlarında kişi üzgüçülərin yarışında növbəti rekorda imza atılıb.
Day.Az azvision.az-a istinadən bildirir ki, üzgüçülüyün "Butterfly" üsulu ilə 100 metr məsafədə mübarizə aparan sinqapurlu idmançı Cosef Skuulinq 50, 39 saniyəyə 100 metri üzərək qızıl medal qazanıb.
O, amerikalı əfsanəvi üzgüçü Maykl Felpsi geridə qoymağı bacarıb. Lakin maraqlı məqam ondan ibarətdir ki, 21 yaşlı idmançı əfsanəvi üzgüçü Maykl Felpsin pərəstişkarı olub.
O, jurnalistərlə müsahibəsində deyib ki, onun ən böyük arzusu Maykl Felpslə birgə yarışmaq olub: "Lakin onun rekordunu təzələmək və qalib gəlməyi heç zaman düşünməmişdim. 2008-ci ildə Maykl Felpsi ilə çəkdirdiyim fotonu hələ də saxlayıram".
Videonu izləmək üçün şəkilə klikləyin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

