İspanaq, qoz, yulaf, süd və pomidor – Onları nə birləşdirir?
Day.Az представляет новость на азербайджанском языке
Xüsusən də qadınlar gözəl görünmək və sağlam olmaq üçün xüsusi əmək sərf etməlidirlər. çünki hər bir qadın ana olur və sağlam uşaq dünyaya gətirmək istəyir. Bu baxımdan da mütəxəssislər hər zaman vurğulayır ki, qadınlar həyat tərzləri ilə yanaşı qidalanmalarına diqqət göstərməlidirlər. Aile.lent.az mütəxəssislərin qadınların yeməsi üçün məsləhət gördüyü faydalı 5 qidadan bəhs edir.
Xanımlar, daha sağlam bir bədənə malik olmaq üçün üçün bu qidaları mütləq yeməlisiniz.
1. İspanaq
Çox sevilən bir tərəvəz olmasa da ispanaq, bir çox vitamin və minerallar, yüksək miqdarda magneziumla zəngindir. Magenzyum şişkinlik, sinə həssaslığı, artıq çəkimi kimi menstruasiyadan əvvəli yaranan fiziki simptomların yüngülləşdirilməsinə kömək olur.
2. Qoz
Mütəxəssislərin sözlərinə görə, qozun tərkibində omega-3 yağ turşuları, antioksidanlar və fitosteroller var. bunlar isə döş xərçəngi riskini azaltdığı sübut edilən maddələrdir. Yüksək omeqa-3 tərkibi sümük sağlamlığına, sümük-onurğa ağrılarına və depressiyaya yaxşı təsir edir. Qozun tərkibində eyni zamanda kalsium, maqnezium, fol turşusu kimi qidalandırıcı maddələr də var.
3. Yulaf
Yulafın tərkibində qadın sağlamlığına yaxşı təsir edən bir çox qidalandırıcı maddələr var. Ürək sağlamlığı üçün faydalıdır, həzmi nizamlayır, təzyiqi tarazlayır və tərkibindəki B6 vitamini ilə menstruasiya əvvəli sindromu yüngülləşdirir. Quruluşundakı digər komponentlərdən olan fol turşusu isə uşaqlardakı doğuş qüsurlarının qarşısını alır, hamiləlik əsnasında və əvvəlində qadınların özünə qulluğu baxımından çox əhəmiyyətlidir.
4. Süd
Kalsium çatışmazlığı dünya səviyyəsində qadınların çoxunda yaşanan ən böyük problemlərdən biridir. Süd hər yaşda qadın üçün vacib qidadır. D vitamini ilə birləşdikdə tərkibindəki bol kalsium ilə sümük əriməsinin qarşısını almaq üçün ən təsirli vasitədir.
5. Pomidor
Sağlamlıq baxımından əhəmiyyətli bir karotenoid olan likopen pomidorun tərkibində bol olan bir pigmentdir. Aparılan bir çox araşdırmalar likopenin döş xərçənginin qarşısını almaqda böyük kömək olduğunu sübut edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре