Bakı metrosunda sabah konsert olacaq

Day.Az представляет новость на азербайджанском языке

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Metropolitenində bir sıra konsert proqramları keçiriləcək.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib.
O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı dekabrın 30-da, saat 13:15-də başlayacaq. "Hər stansiyada 1,5 saat davam etməklə, öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək" - deyə QSC rəsmisi bildirib.
Nəsimi Paşayev qeyd edib ki, Metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin Memar Əcəmi" stansiyalarında" 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində konsert proqramı keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.