Hədə-qorxu ilə pul tələb etdi - 9 il həbs

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Şahin Məmmədova hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Şahin Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəllərdə məhbusluq həyatı yaşayan Şahin Məmmədov Cinayət Məcəlləsinin 182 maddəsi( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Ş.Məmmədov paytaxtda insanların qarşısını kəsib qorxudaraq pul tələb edib.