https://news.day.az/culture/613029.html
Azərbaycanlı aktrisa toyuna hazırlaşır - FOTO
Aktrisa Pərvin Abıyeva ailə həyatı qurur. Gecce.az bildirir ki, bu barədə o, "Atv maqazin" verilişində danışıb.
"Subaylığa əlvida deyirəm. Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdır. Mən şou-biznesdən olan adamlardan, demək olar ki, uzağam. Ancaq yaradıcılıq bağlaya bilər bizi. Etiraf edim ki, heç bir aktyorla aktrisa, müğənni yola getmir. Şəxsi həyatlarını birləşdirsələr belə, əksəriyyətinin sonu ayrılıq olur. Ona görə hər kəs öz sənətinə zidd olan insanla ailə həyatı qursa, uğurlu evlilik olar. 24 yaşım var. Artıq toyuma hazırlaşıram, planlarım var".
Aktrisa İnstagram-da şəklini paylaşdığı bahalı avtomobilindən də danışdı: "Mən kasıb ailədə göz açmamışam. Bolluq görmüşəm. Hazırda sürdüyüm avtomobili isə öz əməyimlə almışam. Həqiqəti deməliyəm ki, gənc aktrisalar sırasında mən bir nömrəyəm, öndə gedənəm. Yaşıdlarımdan elə bir aktrisa yoxdur ki, mənim qədər öz üzərində işləsin, məşhurlaşsın. Özümü heç vaxt Vəfa Zeynalova ilə müqayisə etməmişəm. Vəfa xanım artıq sözünü deyən aktrisadır. Söhbət yaşıdlarımdan gedir".
Bəlli olub ki, rejissorlar ona açıq səhnələr təklif ediblər, amma o, bu təklifləri dəyərləndirməyib.
"Mən Azərbaycanda çəkilən filimlərdə açıq səhnələrə çəkilmərəm. Təkliflər olub, amma qəbul etməmişəm. Amma azərbaycanlı yox, xarici ölkənin vətəndaşı olsaydım, açıq rollarda çəkilərdim", - deyə Pərvin etiraf edib.

Day.Az представляет новость на азербайджанском языке.

Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре