"Toppuş bacı" qayıdır - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva 5 illik fasilədən sonra yenidən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayacaq.

Bu barədə lent.az-a aktrisanın özü məlumat verib. O bildirib ki, mayın 12-də teatrın səhnəsində ilk rolunu oynayacaq: "Uzun illərdən sonra yenidən teatrda aktrisalıq fəaliyyətimə başladım. Teatrdakı fəaliyyətimə fasilə verməyim səbəbsiz deyildi. Bir sıra televiziya layihələrinin çəkilişlərinə, o cümlədən şəxsi həyatımla bağlı işlərim olduğuna görə teatrda çıxış edə bilmirdim. Mayın 12-si saat 19:00-da Akademik Milli Dram Teatrında Rəhman Əlizadənin "Lalə düzən" pyesində Bilqeyis obrazını canlandıracağam. Bu da məni çox sevindirir. Sənətimi sevənləri də həmin tamaşanı izləməyə dəvət edirəm".

Böyütmək üçün şəklə klikləyin: