40 yaşında ana olan məşhur aktrisa: "Ana olmaqdan ümidi kəsmişdim" - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Aparıcı və aktrisa Hande Ateizi "Vogue Türkiyə" jurnalına müsahibə verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, oğluyla birgə yaşadığı dəyişiklikdən danışıb:

"Uşağım olmurdu. Ümidimi kəsmişdim artıq. Xromosom pozğunluğu olurdu. Süni mayalanma yoxladıq. O da olmayınca hər kəsin dünyaya övlad gətirmək məcburiyyətində olmadığını deyirdim. Belə bir anda hamilə qaldım. Gec övlad sahibi olsam da, daha şüurlu ana olaraq öz qorxularımı övladıma ötürmədən, yetişkin bir analıq yaşamaq istəyirəm".

42 yaşlı Hande oğlu Leonu azad böyütmək istədiyini deyib:

"20 yaşında ana olmaqla mənim yaşımda ana olmaq arasında böyük fərq var. Həyatı dolu-dolu yaşamışam. Azadlığımın əlimdən getdiyini düşünmürəm. Əksinə, Leonun həyatıma tam zamanında gəldiyini düşünürəm. Nə yaxşı ki, gəldi. Arzu edirəm ki, azad ruhlu biri olsun. Həyatı yaşamağa fürsət verəcəyəm. Qoy, səhvlər etsin... İnşallah yaxşı bir insan olar. məni də sevər. Amma anasıyam deyə, məni sevmək məcburiyyətində də deyil". 

Şəkilləri böyütmək üçün klikləyin: