Şəhid anası: "Oğlumun qisasını onun adını daşıyan nəvəm alacaq"

Day.Az представляет новость на азербайджанском языке

2014-cü ilin oktyabrın 9-da qoşunların təmas xəttinin Ağdam rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 24 yaşlı kiçik çavuş Tural Əhmədovun bu gün anım mərasimi keçirilib. 

APA-nın məlumatına görə, anım mərasimi şəhidin ailəsinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsində keçirilib.
 
Anəm mərasimində müdafiə naziri Zakir Həsənovun sərəncamı ilə "Xidmətdə fərqlənməyə görə" III dərəcəli medal onun ailəsinə təqdim olunub.
 
Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani medalı şəhidin 7 aylıq oğlu Tural Əhmədovun sinəsinə sancıb.
 
Tədbirdə Müdafiz Nazirliyinin yüksək rütbəli hərbçiləri, rayon rəsmiiləri və ictimaiyyəti iştirak ediblər.
 
Şəhidin anası Kifayət Əhmədova APA-ya bildirib ki, oğlu ailə həyatı qurandan 9 ay sonra ölüb: "Oğlumun ölümündən sonra dünyaya gələn nəvəmə atasının adını qoydum. İnanıram ki, oğlum Turalın qisası alınacaq. Nəvəm Tural məni işğal altında olan Qiyaslı kəndinə aparacaq"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.