Natavan Xuraman və Elnarə Röyaya söz atdı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Natavan Həbibi ad günü məclisinə Elnarə Xəlilova və Xuraman Şuşalını dəvət edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçilər "Xəzər maqazin" kamerası qarşısına keçərək müsahibə veriblər. Söhbət zamanı onlar küsülü olduqları əməkdar artist Röya Ayxanı ələ salıblar.
Elnarənin Xuramana "Buna" deyə müraciət etməsinə Natavan "Xuraman xanıma" xahiş edirəm. Buna sənsən. Bu, təzə söhbətdir?" sözlərini deyərək, gülməyə başlayıb.
Xuraman isə "Bu, zarafat idi. Nə istəsələr deyə bilərlər" cavabını verib.
Natavan ""W-trio"dan Elnarə və Xuraman buradadı. Səidə Sultan və Röya Ayxan haradadır" sözlərinə belə cavab verib:
"Səidə ilə Röya qalıb. Mən nə bilim hardadılar. Hərəsi öz evində. Məni təbrik etməyiblər".
Qeyd edək ki, Röya Ayxanla Nigar Camal arasında "bunu" kəlməsinə görə qalmaqal yaşanmışdı. "Altın kelebek" zamanı Röyanı görən Nigar "Bunu kim çağırıb" sözlərini deyib. Onun bu reaksiyası qarşı tərəfi əsəbiləşdirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре