Nura Afaq Gəncəliyə: "Bizi tamaşaçıların gözündən salmaqla, nə qazanırsınız?"

Day.Az представляет новость на азербайджанском языке

Hər zaman Afaq Gəncəlinin hörmətini saxlamışam, xətrini çox istəmişəm. Dəfələrlə efirdə mənə qarşı qərəzli süjetlər gedib və bu, mənim Afaqa qarşı münasibətimi dəyişməyib. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib. O, İnstaqram-da canlı yayıma girərək televiziya və media nümayəndələrinə etirazını bildirib:

"İllərlə fərqli kanallarda qadağada olmuşam, bu canlı yayımdan sonra da olsam, təəccüblənmərəm. Haqqını tələb edəni, sözün düzünü deyəni çoxu sevmir. Reytinq xatirinə müğənniləri, məşhurları gözdən salmaq normal hala çevrilib. Guya ATV əməkdaşının toyunda "Paparazzi" çəkirdilər. Toydan çıxarkən prodüserim nəzarətçiyə pul verdi və avtomobilə əyləşdik. Çəkdiklərini də görürdüm. Sonra montaj edib, məni elə təqdim edirlər ki, guya, nəzarətçiyə 1 manat verməyə qıymamışam. Bunu montaj edib məni belə təqdim etməyin mənasını anlamıram.

Məhkəməyə versəm, mən pis olacam. Axı, operator çəkib, görüblər ki, hadisə belə olmayıb. Tutaq ki, bunu müxbir edirdi. Bir layihə rəhbəri olaraq Afaq Gəncəli nəzarət edib, deyə bilməzdi ki, ay bala, bu insanı niyə yanlış təqdim edirsən? Bizi tamaşaçıların gözündən salmaqla, nə qazanırsınız?

Sonra da hamı müğənnilərdən şikayətlənir. Skandalı biz yox, bəzi aparıcılar və jurnalistlər yaradır. Tutaq ki, müğənni ağzının danışığını bilmir. Montaj edin, çıxarın. Niyə efirə verirsiniz? Müğənninin işi oxumaqdır, çağırın, oxusun. Elə bil bütün dünyada baş verən problemlərin banisi müğənnilərdir. Adi insanlar sosial şəbəkələrdə bütün problemlərinə görə müğənniləri təhqir edir. Sizə pisliyi keçməyən insanlara səbəbsiz nifrət yalnız paxıllıqdan irəli gələ bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.