https://news.day.az/azerinews/1084082.html Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı - FOTO Day.Az представляет новость на азербайджанском языке Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub. Day.Az Axşam.az-a istinadla xəbər verir ki, müğənni sosial media hesabında "Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm.

Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı - FOTO

Azərbaycanca, 21 января 2019 14:40 (UTC +04:00) 1 517
Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub. 

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, müğənni sosial media hesabında "Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. Unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu" sözlərini yazıb. 

Lakin ifaçının yazısında hərf səhvinə yol verərək, "Fərizə" sözünü "Fəridə" yazması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. Onlar Röyanın adı səhv yazmasını qınayıblar.
 
Ayxan isə onları cavabsız qoymayaraq İnstaqramın "Story" hissəsində izləyicilərə cavab verib: 

"Rəylərdə hərf səhvinə görə əziyyət çəkmisiniz, amma onu yazarkən həyəcandan bir neçə söz səhv yazılmışdı. Onu qoyaq kənara, çünki səhv tutanların həyat səhvləri əlindən parka uşaqla çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşır, fındıqlar çoxalır. Bəli, sizə idi sözüm, "ağıllızadə"lər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı
  • Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı
  • Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı
  • Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости