"O, kişi deyil artıq"

Day.Az представляет новость на азербайджанском языке

Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də sərt açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, tez-tez sərt çıxışları ilə yadda qalan prodüser, bu dəfə şou-biznesin adını çəkmədiyi bəzi kişi ifaçıların bostanını daş-qalaq edib.

Tolik həmin məşhurları efirdən təhqir etməkdən də çəkinməyib:

"Azərbaycanın elə qadın müğənniləri var ki, onlar bəzi kişi müğənnilərdən min dəfə qeyrətli, namusludurlar. Niyə, deyim. Çünki kişi müğənnisi var ki, "pasport"unda kişi yazılıb. Amma müğənnilikdən başqa, başqa şeylərlə də məşğuldur. Xanım müğənnilərə poçtalyonluq edir. Xanım müğənnilər üçün əlində salfetka daşıyır. Ya da gəlir toylarda "Filan stolda filankəs oturub, get ona mikrofonla salam de" nə bilim nə. O, kişi deyil artıq. Bu, bir təlxəkdir. Mən Aygün Kazımova, Röya, Natavan, Sevda Yahyayeva, Rəqsanə kimi müğənnilərlə işləmişəm. Bunların heç birini mən görməmişəm ki, kiminsə sifarişi ilə onlar stola yaxınlaşsın". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.