PSJ Neymarın “Barselona”ın futbolçusu Koutinyo ilə dəyişdirilməsinə razılıq verdi

Fransanın "Paris Sen-Jermen" klubu futbolçusu Neymarın "Barselona"ya keçidinə razılıq verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, razılığa əsasən "Barselona" braziliyalı futbolçu Koutinyonu ilə yanaşı, əlavə pul da ödəməlidir. Mənbə bildirir ki, yaxın günlərdə "Barselona" Paris klubuna rəsmi təklif verəcək. Neymar özü Barselonaya qayıtmaq istəyir. "Paris Sen-Jermen" bu transferi yekunlaşdırandan sonra İtaliyanın "Yuventus" klubunun argentinalı hüçumcusu Paolo Dibalanı da heyətinə qatmaq fikrindədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.