Ermənistanın Azərbaycana qarşı növbəti soyqırımı - FOTO - VİDEO
Azərbaycan Ordusunun cəbhədə apardığı uğurlu əks-hücüm əməliyyatlarını həzm edə bilməyən ermənilər yenidən dinc əhalimiz atəşə tutmaqda davam edirlər.
Dünən gecə saatlarında humanitar atəşkəsə baxmayaraq, Ermənistan tərəfi Gəncənin dinc əhalisini yenidən atəşə tutub. Atılan raketlərdən biri yaşayış binasının üstünə düşüb və yerlə bir edib. Eyni zamanda bir çox binalara da ciddi ziyan dəyib. Hadisə nəticəsində 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Yaralananlar arasında azyaşlılar da var. Gəncədə insanlığa qarşı baş verən bu qətliamı Amerikada 11 sentyabr hadisələri ilə müqayisə etmək olar. Çünki hər ikisində günahsız dinc əhaliyə qarşı terror hadisəsi baş vermişdir. Dünyada çox ölkələr terrordan əziyyət çəkir. Ən çox terrora məruz qalan ölkələrdən biri də ölkəmizdir. Keçmişdən bu günə qədər ölkəmiz erməni terroruna məruz qalıb. Amerikada 11 setyabrda binaları vurub dinc əhalinin ölümünə səbəb olan terrorçularla Gəncədə mülki əhalini yaşadığı binanı vuranlar insanlığın düşmənidir.
Ermənistan rejiminin Gəncə şəhərinə atdığı raket nəticəsində yaralanan körpələr.
Gəncə şəhərinin vurulma anı
Xatırladaq ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə döyüş bölgəsindən tamamilə kənarda yerləşir. Gəncəni təkrar vurmaqla Ermənistan bir daha göstərdi ki, o, işğalçıdır və terrorist ölkədir. Gəncədəki obyektləri bombalamaqla Ermənistan daha bir hərbi cinayət törətdi. Dinc əhalini atəşə tutan Ermənistan dünyada qadağan olunmuş silahlardan istifadə edir. Ermənistan bu terrorçu əməllərinə görə mütləq cavab verməlidir. Ermənilərin törətdiyi vəhşilik insanlıq əleyhinə cinayətdir. Bu Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımdır və ilk belə fakt deyil.
Dünya ölkələri döyüş əməliyyatlarının getdiyi ərazilərdən uzaqda olan şəhərlərimizin ağır artilleriya və raket atəşinə tutulmasına, mülki əhalinin hədəfə alınmasına son qoyması üçün Ermənistana ciddi xəbərdarlıq etməlidirlər.
Düşmən o qədər həyasızdır ki, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə etdikləri cinayəti təkzib etməyə çalışır. Amma hadisə yerində olan media nümayəndələri yaydıqları xəbərlərlə ermənilərin növbəti yalanlarını ifşa etdilər.
Ermənistan bu cinayətin cəzasını artıqlamasıyla ödəyəcək. Günahsız insanların ahı yerdə qalmayacaq.
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре