Zəngəzurdakı yanğını İran söndürür

Ermənistanın Zəngəzur vilayətinin Meğri rayonunda yerləşən "Arevik" Milli Parkının ərazisindəki meşə yanğınlarının söndürülməsində ermənilərə İran da yarım edir.

Day.Az Milli.az-a istinadən bildirir ki, iranlı yanğınsöndürənlər hazırda "Arevik"də yanğınla mübarizə aparırlar.

Meşə yanğınları nəticəsində 100 hektarlıq ərazidə bitki örtüyü yanıb.

Sentyabrın 22-də yanğının söndürülməsinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin 125 əməkdaşı, 70 hərbçi, "Zəngəzur" biosfer kompleksinin 12 əməkdaşı, Mesamor atom-elektrik stansiyasının 12 işçisi və Razdan İstilik-Elektrik Stansiyasının 11 əməkdaşı cəlb olunublar.