Ermənilərin məqsədi bölgədə yeni müharibə ocağı yatarmaqdır

Qarabağda fəaliyyət göstərən separatçı rejimin hər hansı üzvünün, xüsusilə də özünə və ətrafına qondarma vəzifələr uydurmuş terrorçu Araik Arutyunyanın səsləndirdiyi bəyanatlar Azərbaycan dövləti tərəfindən ümumiyyətlə ciddiyə alınmır. Həmin separatçıların məqsədi yenə də bölgədə sülhə və təhlükəsizliyə təhdid yaratmaq, əsassız bəhanələr gətirməklə dünya ictimaiyyətini çaşdırmaqdır.

Day.Az xəbər verir ki, bunu Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

S.Kərimli bildirib ki, Azərbaycan Laçın yolunu bağlamayıb, yol açıqdır. Yolun kənarında sadəcə etiraz aksiyaları keçirilir. Son günlər baş verən hərbi təxribatlar bir daha göstərir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri Laçın yolunda etiraz aksiyası keçirməkdə tamamilə haqqlıdır.

"Ötən ilin dekabr ayından Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri Laçın yolu vasitəsilə hərbi cianyətlər törədə bilmirlər. İş o yerə çatıb ki, Ermənistan Xankəndinə gizli qaçaq yolarla silah-sursat, minalar daşımağa cəhd edir. Azərbaycan tərəfi də haqqlı olaraq öz suveren hüquqlarından istifadə edərək bu cinayətin qarşısını qətiyyətlə alır. Bütün dünya görür ki, Ermənistan hərbi siyasi rəhbərliyi və Qarabağdakı terrorçu dəstələr bölgədə sülh istəmi", - deyə o, əlavə edib.

Onun sözlərinə görə, seperatçıların məqsədi yeni münaqişə ocağı yaratmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı törtöküntüləri üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dövlətinin səbrinin tükənməz olduğunu, gücünü və qüdrətini Ermənistan 44 günlük Vətən Müharibəsi zamanı yaxşı gördü.

"Görünür bu acı nəticələr onlar üçün ya yetərli dərs olmayıb, ya da birdəfəlik məhv olmaq istəyirlər. O ki, qaldı Arayik Arutyunyan və havadarlarının Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməsinə qarşı çıxmasına, bu da sülh prosesinə yönəlmiş növbəti təxribatdır. Araik unutmasın ki, Xankəndi və ətraf ərazilərdə məskunlaşan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları, sosial təminatları, həyat şəraitinə Azərbaycan dövləti təminat verir", - deyə o, əlavə edib.

S.Kərimli vurğulayıb ki, Qarabağ bölgəsində yaşayan dinc etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır.

"Bunun ikinci bir yolu yoxdur. Erməni milliyyətindən olan Azərbaycan vətəndaşları ya dövlətimizin qanunları altında yaşamalı, bunu qəbul etməyənlər isə biryolluq rədd olub ərazilərimizi tərk etməlidir. Arayik kimi terrorçulara isə ümumiyyətlə torpaqlarımızda yer yoxdur. Arutyunyanın əli minlərlə günahsız azərbaycanlının qanına batıb və o həbs edilərək ən sərt formada cəzalanacaq. Buna şübhəsi olmasın", - deyə S.Kərimli qeyd edib.