Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etiraz aksiyası ilə bağlı bəyanat yayıb

Tbilisinin Rustaveli prospektində parlament binası yaxınlığında keçirilən etiraz aksiyası ifadə azadlığı və dinc toplaşmaq haqqında qanunun müəyyən etdiyi sərhədləri aşaraq zorakılığa çevrilib.

Day.Az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlikdən bildirilib ki, gün ərzində polis parlament binası qarşısında səfərbər olub və aksiyanın dinc keçirilməsini təmin edib.

"Axşam saatlarında plenar iclasdan sonra etirazçılar parlamentə polisin icazə vermədiyi girişlərdən birini bağlamağa cəhd ediblər. Eyni zamanda, nazirlik əməkdaşlarına qarşı zorakılıq, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalardan atəş açılması faktları da olub.

Etirazçıların zorakı hərəkətləri nəticəsində bir neçə asayiş keşikçisi yaralanıb, polis texnikası zədələnib", - deyə qeyd olunub.

Bildirilib ki, nazirliyin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, aksiya iştirakçıları zorakılıq hərəkətlərini davam etdirib, polisin göstərişinə tabe olmayıb, bundan sonra polis qanunla verilmiş səlahiyyətlər daxilində proporsional güc və xüsusi vasitələrdən istifadə edib.