Gürcüstan xüsusi təyinatlıları ölkənin küçələrindən birini nümayişçilərdən təmizləyiblər

Xüsusi təyinatlılar Çitadze küçəsi yaxınlığında toplaşan etirazçıları suatandan istifadə etmək ilə dağıdıblar.

Day.Az-ın məlumatına görə, bundan əlavə, hüquq-mühafizə orqanları bir neçə aksiya iştirakçısını saxlayıb.

Xəsarət alanlar arasında təcili tibbi yardım əməkdaşlarının ilkin tibbi yardım göstərdiyi media nümayəndələri də var.

Daha sonra etirazçılar əraziyə qayıdıblar və xüsusi təyinatlı dəstənin nümayəndələri onlara qarşı bir neçə dəfə gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazçılar arasında xəsarət alanlar var.

Hazırda Çitadze küçəsi etirazçılardan təmizlənib və xüsusi təyinatlılar parlament binasının yan girişindədir.